RUSİYA AVROPA ŞURASINDAN ÇIXARILIR

Rusiyanın xarici işlər naziri Sergey Lavrov təşkilatın baş katibinə müvafiq məktubu təqdim edib.

Bu barədə çərşənbə günü Dövlət Dumasının vitse-spikeri, Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Petr Tolstoy bildirib.

“Avropa Şurasından çıxmaq barədə qərar qəbul edilib. Xarici işlər naziri Sergey Lavrovun müvafiq məktubu təşkilatın baş katibinə təhvil verilib”, – Tolstoy “Telegram” kanalında yazıb.

O, həmçinin vurğulayıb ki, Rusiya öz istəyi ilə Avropa Şurasından çıxır. Bu, balanslaşdırılmış və düşünülmüş qərardır.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.