URMU ZİNDANINDA ZORAKILIQ BAŞ ALIB GEDİR

İNSAN HAQLARI POZULUR

Urmu şəhərinin zindanında siyasi məhbuslara qarşı artan zorakılıq baş alıb gedir. Bunula əlaqədar insan haqları təşkilatları xəbərlər yayınayıb.

Azerbaycan-ruznamesi.org Təbriz Turan TV-yə istinadən məktubda Urmu zindanının yeni açılmış təhlükəsizlik bölməsində saxlanılan məhkumların bir çox hüquqlardan məhrum edildiyi, onların 24 saat ciddi nəzarət altında saxlanıdığı vurğulanır.

Qeyd edilir ki, 50 siyasi məhkumun saxlanıldığı bölmədə normal havalandırma sistemi, məhkumların gigiyena qaydalarına əməl etməsi üçün şərait yoxdur.

Məhkumlar məzuniyyətə buraxılmır, ailələri ilə görüşə icazə verilmir.

İnsan haqları təşkilatları qeyd edirlər ki, müxtəlif xəstəliklərə yoluxan məhkumların duruma etirazlarına ən sərt şəkildə reaksiya göstərilir, etirazçılar təkadamlıq kameralara salınır.

Məktub Urmu zindanında məhkumluq dövrü yaşayan və son vaxtlar cəzası bitdiyi üçün oradan buraxılan şəxslərin verdikləri məlumatlar əsasında hazırlanıb.

Şərhlər bağlıdır.