PREZİDENTİN ANONSU:

URMİYA GÖLÜ İLƏ BAĞLI TƏDBİRLƏR GÖRÜLƏCƏK

“Urmiya gölü məsələsi təkcə Urmiya şəhəri və Qərbi Azərbaycan üçün deyil, həm də region və ölkə üçün önəmlidir”.

Azerbaycan-ruznamesi.org yerli KİV-ə istinadən bildirir ki, bunu İran Prezidenti İbrahim Rəisi Urmiya şəhərində keçirilən tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu problemin aradan qaldırılması prioritet məsələlərdən biridir.

Əvvəlki prezident Həsən Ruhani dövründə Urmiya gölünün dirçəldilməsi işlərinə işarə edən Rəisi bunun üçün işlərə başlanıldığını, lakin tamamlanmadığını qeyd edib.

“Biz bu səfəri bu layihələri tamamlamaq üçün planlaşdırdıq”, – deyə o əlavə edib.

Qeyd edək ki, 2003-cü ildə quraqlıq səbəbindən su səviyyəsi azalmağa başlayan Urmiya gölü 2013-cü ildə tamamilə qurumaq təhlükəsi ilə üzləşib. Gölün canlandırılması tələbi ilə ölkədə vaxtaşırı nümayişlər keçirilir.

Şərhlər bağlıdır.