Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında” sərəncamına uyğun olaraq AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə “Məhəmməd ağa Müctəhidzadə – Riyazül-aşiqin” kitabının yenidən işlənmiş təkrar nəşri işıq üzü görüb. Kitab Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov tərəfindən ön söz və izahlar yazılaraq tərtib edilmiş və çapa hazırlanmışdır.
Böyük oxucu kütləsinin ixtiyarına verilmiş, elm aləmində təzkirəçi-şair kimi tanınan Məhəmməd ağa Müctəhidzadənin müəllifi olduğu, XIX əsr Qarabağ ədəbi mühitini əks etdirən və Qarabağ torpağının yetişdirdiyi şairlərə həsr olunan “Riyazül-aşiqin” təzkirəsi bu torpaqların əzəli və əbədi Azərbaycana mənsub olduğunu sübut edən ən dəyərli yazılı mənbələrdən biridir.
Qeyd edək ki, yeni nəşrin elmi redaktoru Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, redaktoru İnstitutun Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Raqub Kərimov, rəyçisi İnstitutun icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimov, mətn yığımı, korrektoru və adlar göstəricisinin müəllifi isə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fəridə Həsənovadır.
AMEA-nın Məhəmməd Fizuli Adına Əlyazmalar İnstittutu
Şərhlər bağlıdır.