Təbrizdə iyunun 2-də İran prezidenti İbrahim Rəisi ilə Şərqi Azərbaycan əyalətinin məsullarının, cümə imamının və millət vəkillərinin görüşü bir hadisə ilə yadda qalıb.
Təbrizin İran parlamentindəki nümayəndəsi Əhməd Əlirzabeyginin mikrofonu söndürülüb və onun çıxışına icazə verilməyib.
Qəzəblənən millət vəkili “xalqı görməyənlərin sonlarının necə olacağı indidən bəllidir” deyərək toplantı zalını tərk edib.
Əhməd Əlirzabeygi İbrahim Rəisinin başçılıq etdiyi hazırkı hökumətə qarşı tənqidi fikirləri ilə tanınır.
O, dəfələrlə çıxışlarında hökumətin iqtisadi, siyasi və mədəni siyasətlərinin xalqa heç nə vəd etmədiyini, durumu dahada ağırlaşdırdığını tənqid edib.
İranın keçmiş prezidenti Mahmud Əhmədinejadla yaxın münasibətləri olan təbrizli millət vəkili bir neçə gün öncə verdiyi müsahibədə İran təhlükəsizlik sisteminin bərbad gündə olduğunu və İsrail casuslarının İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə sızdıqlarını bildirib.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.