TƏBRİZLİ RƏSSAMIN XALÇASI DÜNYA ÇEMPİONATINDA

Təbrizli rəssam İsmayıl Pərniyan 2022-ci ilin dünya çempionatında toxuduğu xalça ilə iştirak edəcək. Dəyərli sənət əsəri xüsusi dizaynla toxunub. Xalçada çempionatda iştirak edəcək ölkələrin bayraqları və bəzi idmancıların təsvirləri həkk olunub.

Şərqi Azərbaycan əyalətinin Sənaye, Mədən və Ticarət Palatasının başçısı Sabir Pərniyan bildirib ki, xalçada 2×1/5 metr ölçüdədir və 2 milyon ilməkdə ibarət olan ipək xalçanın toxunmasında 350 rəngdən istifadə olunub və sənət əsərinin 18 aya hazırlanıb.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.