Bu günlərdə minlərlə insanın yolu fəxri xiyabana doğru uzanır. Bu adamlar yubileylərinin 100 illiyi tamam olacaq Ümummilli Lider Heydər Əliyevin və həyatının bütün çətin məqamlarında onunla sınaqlardan çıxmış akademik Zərifə xanım Əliyevanın xatirələrinə bir daha ehtiramlarını bildirmişlər.
Ehtiyatda olan hər iki general-mayor – Novruzəli Orucov və Natiq Əliyevin də bu ziyarətgahlar and yeridir.
Hərbçilərimiz hələ sovet dönəmindən bəri şərəfli həyat yolu keçiblər. Onlar odlardan-alovlardan çıxmış, döyüşlərdə və cəbhələrdə mərdlik nümunələri göstərmiş, bir sözlə Ali Baş Komandanlarımızın daim sədaqətli əskəri olduqlarını sübut etmişlər.
Ona görə də hər iki general-mayorumuz abidələr önünə gül-çiçək dəstələri düzərkən ömür kitablarına yazılan daha bir unudulmaz an kimi xatirələrinə yazmışlar.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.