Koronavirus Antraktidaya da çatdı

Hələlik ağ ayılardan xəbər yoxdur

Avstraliyanın ABC telekanalının yaydığı xəbərə görə daha koranavirusa yoluxmayan qitə qalmayıb. Adamın təsəvvürünə gətirmədiyi qarşısına çıxmaqdadır. COVİD-19 buz qatı ilboyu açılmayan qitəyə- antraktidaya da çatıb. Hələlik yoluxanlar insanlardır. Ağ ayılardan isə xəbər yoxdur. Amma Çilinin oradakı sınaq stansiyasının 36 üzvü, o cümlədən 26 hərbçi və 10 nəfər xidməti əməkdaşı xəstəliyə yoluxduqlarından karantinə alınıb. Onlar Çilinin cənubundakı Punta-Arenası şəhərinə köçürərərək təcrid edilib. Məlumata görə hamsının vəziyyəti yaxşıdır. Bazaya köməyə gələn gəminin ekipaj üzvlərindən 3-də də koronavirus aşkarlanıb. Bu şəxslər də təcrid olunub.
Çilinin Antraktidada fəaliyyət göstərən 13 tədqiqat stansiyasından biri olan Ohiqqins çətin yetişilən bazalardandır. Heç kim orada daimi yaşamasa da minlərlə tədqiqatçını və turisti həmin yerlərdə görmək mümkündür. Ona görə də günahı ağ ayılarda axtarmaq günahdır.

Şərhlər bağlıdır.