Bu da Marağa bələdiyyəsinin başqanına qoşuldu

Korrupsiyada ittiham olunur, torbasının PKK tərəfindən tikildiyi deyilir

Marağa şəhərinin bələdiyyə başqanı, korrupsiya ittihamı ilə həbs olunan Məhəmmədrza Əhmədi barmaqlıqlar arasında daha darıxmalı olmayacaq. Özünə təskinlik verəcək ki, Güney Azərbaycanın Urmiya şəhərinin bələdiyyə başqanı Məhəmməd Həzrətpura da eyni sayğı göstərilib.

Saytımıza daxil olan məlumat  Güney Azərbaycanın Urmiya şəhərinin bələdiyyə başqanı Məhəmməd Həzrətpur İranın ETTELAAT qüvvələri tərəfindən həbs edilməsi təsdiqləməkdədir. Onun həbsinin səbəbləri barədə hələlik heç bir məlumat yayılmayıb, ancaq onun korrupsiya ittihamı ilə əlaqədar nəzarət altına alındığı iddia edilir.

Keçən il İRNA Xəbər Agentliyi Urmiya Bələdiyyəsində 7 müdir, mütəxəssis və vasitəçinin tutularaq məhkəmə orqanlarına təhvil verildiyi barədə məlumat yaymışdı. İnformasiyalarda həmçinin 2020-ci ildə Qərbi Azərbaycan vilayətinin digər şəhərlərindən biri olan Mahabadın da şəhər şurası ləğv edildiyi göstərilirdi.

 

Şərhlər bağlıdır.