Son 5-6 ilədək dünyada qaçaqmalçılığın, miqrant axınının və terrorizmin qarşısının alınmasında ümid yalnız sərhədlər boyu xidmət çəkənlərə, tikanlı sipər sayılan məftillərə qalırdı. Bunun da lazımi fayda vermədiyini görən İsrail dövləti yəhudilərlə Fələstini ayıran ərazilər boyu divarlar ucaltmağa başladı. ABŞ meksikalı miqrantların axınının qarşısını almaq üçün sərhəd boyu divarların hörülməsinə üstünlük verdi.
Ümumiyyətlə Yaxın Şərqin, xüsusilə İran, İraq, Suriyanı əhatəsinə alan müharibələr, işsizlik, silah alverinin hegemonluğu və digər kəskin problemlər də ehtiyat tədbirlərini genişləndirməyi diqtə etdi.
Müşahidələr göstərir ki, minlərlə kilometr məsafədə belə divarların inşası heç də hamının imkanı daxilində deyil. PKK, PYD problemləri bu məsələni də gündəmə gətirib. Türkiyə Suriya ilə sərhəd boyu 700 kilometr uzunluğunda sərhəd divarları inşa edib. İranın Suriyada hərbi qüvvələri olduğundan təhlükəsizlik tədbirləri onların öhdəsinə buraxılıb.
Kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə Türkiyə- İran sərhədində 81 kilometirlik məsafə divarlarla qapadılıb. Rəsmilər deyirlər ki, bunun müsbət təsirləri var. Fəqət bir sual olduqca düşündürücüdür – divarlar nə dərəcədə sınaqlara davam gətirəcək ? Bunu zaman göstərəcək.
DİVAR SƏRHƏDLƏR DAVAM GƏTİRƏ BİLƏCƏKMİ …

A. Qafarova
Şərhlər bağlıdır.