MİLLİ HÖKUMƏTİN HİMNİNİ ÖYRƏNƏK

Rəmzlər hər bir dövlətin özünütəsdiq, başqalarından seçilmə nümunələridir. Bir dövlətin bayrağı, gerbi və himni heç vaxt başqasının təkrarı ola bilməz. Olarsa, bu vassallıq, asılılıq  təsiri bağışlayar. 1945-1946-ci illərdə Təbrizdə mövcud olmuş Azərbaycan Milli Hökumətini də əbədi yaddaşlarda saxlayan amillərdən biri də onun dövlət rəmzləri-bayrağı, gerbi, himni və həmçinin marşlarıdır.

Apardığımız sorğular çox təəssüf ki, indiki nəsillərin bir çox nümayəndələrinin bu rəmzləri demək olar tanımadıqlarını aşkarlayıb. Bu yaddaşla isə öyünmək olmaz. Azerbaycan-ruznamesi.org bu gündən başlayaraq həmin rəmzlər barədə sizləri ətraflı məlumatlandıracaq, himn və marşlarımızın tanınmış sənətkarlar tərəfindən ifa olunan variantlarını təqdim edəcəkdir.

Onu da əlavə edək ki, bu himnin sözləri Güneyli-Quzeyli Azərbaycanımızın görkəmli inqilabçısı, şairi Mirmehdi Etimadın, musiqisi isə Azərbaycan musiqi sənətində əbədi yeri və izi qalan Cahangir Cahangirovundur. Yəni bu himnin özündən bir milli vəhdət boylanır.


Azərbaycan Milli Hökümətinin Dövlət Himni

Bu linkdə Azərbaycan Milli Hökumətinin Dövlət Himninin ifalarından yalnız bir nümunəsi yer alıb:

Şərhlər bağlıdır.