Bijən çoxdan idi ki, mənim intizarımı çəkirdi. Mən idarəyə gəldikdə mizin üstündə kiçik bir qutu gördüm. Ondan buraya nə üçün gəldiyini soruşdum. Məsum baxışlarını mizin üstündəki qutuya dikib “mən də fədailərə hədiyyə gətirmişəm”, dedi.
Daxilində olan pulların var-yoxu 88 riyal iki abbasıdan ibarət idi, hədiyyə komissiyasına gətirmişdi. Onların hamısı on şahılıq idi. Onları saymaq mənim vaxtımı alırdısa da, çox sevinclə Bijənin verdiyi bütün hesabına yetişdim. Mən bu zaman onu tələsən kimi hiss edirdim. Hesabı qurtarcağın, “bəs mənə kağız vermirsən?” – deyə üzümə baxdı. O, evlərində atasının verdiyi hədiyyənin qəbzini görüb və onun nə olduğunu soruşur. O da deyir ki, fədailərə pul verib bu kağızı almışam. Bijən dərhal şəraitdən istifadə edərək demişdi ki, qoyarsız, mən də pul verib qəbz alam?
Müsbət cavab eşitdikdən sonra dəxilini açıb və özü dediyi kimi, fədailərə o da hədiyyə gətirmişdi. Bu pak hisslər xalqımızda olan səmimiyyətdən və milli şüurumuzdan böyük nümunələrdirlər.
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 168, 9 aprel 1946-cı il
Şərhlər bağlıdır.