İNDİ GƏL BAŞ AÇ, GÖRÜM NECƏ AÇIRSAN

VİDADİ MUSTAFA YAZIR:

İranın Azərbaycanda səfiri 2020-ci ilin 10 noyabr tarixindən sonra müxtəlif rəsmilərlə görüşlərində həmişə Azərbaycanın Vətən müharibəsində Ermənistan üzərində qələbəsi münasibəti ilə azərbaycanlı dövlət adamının şəxsində Azərbaycanı öz şəxsində İranın adından təbrik edir və ölkəsinin 44 günlük müharibə zamanı Azərbaycanın ədalətli mövqeyini və ərazi bütövlüyünü dəstəklədiyini vurğulayırdı.

Mərkəzi hökumət saytlarından birində Azərbaycan-İran münasibətləri haqqında 1399-cu ilə aid illik hesabat(İranda bir həftədir yeni 1400-cü ildir) xarakterli yazı yerləşdirilib.

Həmin yazıda Azərbaycanın Vətən müharibəsi barədə bir kəlmə belə qeyd edilməyib.O ki qaldı İranın həmin müharibə günlərində tutduğu mövqeyə.Yazını nəzərdən keçirəndə məlum olur ki,ikitərəfli münasibətlərə koronavirus təsir edib, amma Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra regionda yranan tamamilıə yeni geosyasi vəziyyət heç bir təsir etməyib.Ola bilər. Bəlkə sonralar bu dəiyşikliyin təsirini hiss edərlər .

VİDADİ MUSTAFA

 

Şərhlər bağlıdır.