Novruz
“Təcəddüd” qəzeti demokrat firqəsinin oraqnı olmaqla bərabər Şeyx Məhəmməd Xiyabaninin ölməz əsəridir. Bu qəzet1917-ci ilin aprel ayının 9-dan başlayaraq 1920-ci ilin sentyabr ayının 8-ə qədər nəşrolmuş və sayı 202 nömrədən ibarətdir. Bu qəzet 1-ci nömrədən etibarən etibarən 13-cü nömrəyə qədər Əbülqasim Füyuzatın imtiyazı və Əlif. Eyn. (ا.ع.) və Xe(خ)-nin redaktorluğu ilə nəşr olmuşdur. 14-cü nömrədən 58-ci nömrəyə qədər yenə də Əbülqasim Füyuzatın imtiyazı və Əbülfət xan Ələvinin redaktorluğu ilə nəşr olunmuşdur. 59-cu nömrədən 86-cı nömrəyə qədər Tağının (Mirzə Tağı xan Rüfət) müdiriyyət və redaktorluğu ilə buraxılmışdır. 87-ci nömrədən ta 136-cı nömrəyə qədər kimin müdiriyyəti ilə,hansı yollanəşr olunduğu barədə bioqrafiya yazdığımız zaman əldə məlumat olmayıb. Gələcəkdə bu barədə öz məlumatlarımızı möhtərəm oxucularımızın nəzər-diqqətinə çatdıracağıq. 137-ci nömrədən 202-ci nömrəyə qədər Şeyx Məhəmməd Xiyabaninin öz müdiriyyət və redaktorluğu ilə yazılıbdır.
“Təcəddüd” qəzetinin illik nömrələrində yazılan məqalələr içərisində “İran və azad Rusiya” məqaləsi çox oxumalıdır. Bu nömrələrdə baş məqalələrin çoxunu Tağı (Mirzə Tağı xan Rüfət) yazıbdır. Qəzetin 24-cü nömrəsində aşağıdakı Azərbaycan dilində hazırlanmışhimn dərc olunubdur və bu himnin Azərbaycan dilində yazılıb nəşr olunmasıdiqqətəlayiqdir.
Qeyd etdiyimiz himn eynilətəqdim olunur:
Yenə yetişdi iqbalımız
Hasil oldu amalımız
Nə rövşən[1] istiqbalımız
Yaşasın istiqlalımız
Yaşasın hürriyyət, yaşasın musavat!
Rövşən millətin gözləri
Gülsün tamamən üzləri
Yandı səhər yulduzları
Yandı şərəf gündüzləri
Yaşasın hürriyyət, yaşasın musavat!
Fəxrü-şərəf[2] misdağımız
Rövşən hamı afaqımız
Azad olsun toprağımız
Yaylağımız, qışlağımız
Yaşasın hürriyyət, yaşasın musavat!
Millət hamı qardaşımız
Fəthü-zəfər[3] yoldaşımız
Toprağımız, dam-daşımız
Öz əlimiz, öz başımız
Yaşasın hürriyyət, yaşasın musavat!
Yetdi zamani-imtahan
Nə xoş zamandı bu zaman
Qarşaşlarım, qeyrət aman
Yaşasın hürriyyət, yaşasın musavat!
Qardaşlarım, qeyrət edin
Təhsil üçün himmət edin
Nə vəqtə din!İbrət edin
Kəsbi-şərəf, rüfət edin
Yaşasın hürriyət, yaşasın musavat!
Dünya üzündə zendegi[8]
Vərnə[9] olunca bəndegi
Yaşasın hürriyyət. yaşasın musavat!
Əxzi-hünər[12], kəsbi-fünün[13]
İnsana vacibdir bütün
Sanma fünuni sən cünun[14]
Bu etiqadı bil zəbun[15]
Yaşasın hürriyyət, yaşasın musavat!
Ey bir olan Allahımız
Məbudi-bieştibahımız[16]
Hifz eylə şahənşahımız
Sultani-zilüllahımız[17]
Yaşasın hürriyyət, yaşasın musavat!
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, No 76, 11 dekabr 1945-ci il
[1]aydın, işıqlı
[2]fəxr və şərəf
[3]fəth və zəfər (qələbə)
[4]bəxt və səadət
[5]birlikdə
[6]biliklədir
[7]tapıntı
[8]həyat, yaşayış
[9]yoxsa
[10]yaxınlar
[11]utanc
[12]sənət öyrənmək
[13]elm öyrənmək
[14]dəlilik
[15]dillər əzbəri, əzbər
[16]səhvsiz Tanrımız
[17]Allahımızın kölgəsi olan sultan
Təqdim və şərh etdi: S.B.
Şərhlər bağlıdır.