İranlılar deyir ki, peyğəmbərin davamçıları, Quranı düzgün başa düşüb təfsir edə bilənlər, Allahın sonrakı buyruqlarını qəbul edə bilənlər onun QIZInın övladları və onların övladları olan imamlardır. Şərqdə nəsli ana tərfdən hesab etməyi iranlılardan soruşsalar ki, kimdən öyrəniblər, dinməzlər. İmamların sonuncusu da 1000 il əvvəl İsanın yanına gedib. Onların arasında bir nəfər də fars kökənlisi yoxdur. Amma Xomeyni özünü sonuncu, göydəki imamın canişini elan etdi.
Artıq qohumluq əlaqəsinin olub – olmaması vacib deyil. Əsas baş işlədib yeni yanaşma tapmaqdır. İranın birinci və ikinci rəhbərinin imamlarla qohumluğu olmasa da, yenə də özlərini əsl İslamın (İslame nab) qoruyucusu, ardıcılları hesab edirlər. Hər addımda bir yenilik edirlər. Axırıncı yenilik bizə aiddir.
İranda fars millətçiləri Azərbaycan, türk, hətta azərbaycanlı kəlməsindən oddan qorxan kimi qorxurlar. Odur ki, başlar işləyir. Cənubi Azərbaycana “Şimali-qərb” deyirlər. Cənubi azərbaycanlılardan isə bir xalq kimi heç bir rəsmi sənəddə ad çəkmirlər. Yəni İranda rəsmi dövlət səviyyəsində azəri/türk/azəri türkü/ azərbaycanlı, hər nə adda olursa olsun işlədirlər, xalq isə yoxdur. Olsa-olsa elmi araşdırmalarda İranda azəri qövmü olduğu göstərilə bilər.
Nəhayət kreativlikdə şedevr. Deməli, “İranın Səsi və Simasızlığı” təşkilatının digər ölkələrdə olduğu kimi, xarici redaksiyası xarici dillərdə radio və tele verlişlər yayımlayır. Həmin dillərin ingils dilində gedən siyahısında iki dilin adı diqqəti cəlb edir.
Biri – AZƏRİ! Belə bir dil olmasa da, başa düşürsən ki, bizləri nəzərdə tuturlar.
İkincisi – ARAN. Belə dil olmadığından, kim nəzərdə tutlduğu ciddi maraq doğurur.
Bu iki ad altında nə nəzərdə tutulduğunu yoxlayanda ÇAŞIB qalırsan. Bu qədər də kreativlik, novatorluq və innovasiya qabiliyyəti ancaq şovinistlərdə ola bilər.
Sirri açmağa nail olduqda məlum oldu ki, iranlılar bizimlə RADİOda ARAN dilində, televiziyada isə AZƏRİ dilində danışırlar.
BƏRƏKALLAH BUNLARİN ELMİNƏ!
Şərhlər bağlıdır.