Aprelin 24-də yenə ermənilərin niyyəti gözlərində qalacaq

Amerikan siyasətçilər də erməni pulundan yan keçə bilmirlər

  • Bir vaxtlar Azərbaycanın əleyhinə qəbul olunmuş bədnam “907-ci düzəliş”in müəlliflərindən olan Co Baydenə təzyiq etmək üçün erməni lobbisi hərəkətə keçib. Musavat.com bildirir ki, onlar Senatın Xarici Məsələlər üzrə sədri Robert Menendezanın vasitəsi ilə 37 ermənipərəst senatorun imzasını toplayaraq, Baydendən aprelin 24-də erməni genosidi iddiasını rəsmən tanımağı tələb ediblər.
  • Həyat yoldaşı erməni olan Robert Menendeza həmin sənədi ötən ayın sonlarında Ağ Ev rəhbərinə göndərib.
  • Azerbaycan-ruznamesi.org erməni lobbisi SSRİ dağılandan sonra elə bir olmayıb ki, ABŞ-da qondarma erməni soyqırımına dair iddiaların rəsmi dövlət səviyyəsində qəbul olunması üçün cəhdlərindən əl çəkmirlər. Hər dəfə aprelin 24-nə ümidlə baxır, lakin niyyətləri gözlərində qalır. Sabahı gözləyək, inşaallah yenə belə olar.

Şərhlər bağlıdır.