— Vallah, bilirsiniz ki, mən əslən türk ədəbiyyatına o qədər təbəhürüm yoxdur . Bizim dilimiz türkcə idi, danışığımız da türkcə idi, amma yazımız türkcə deyildi.
Mən tibb şairi idim, patologiya ilə əlləşirdim. Ondan sonra da farsının şaire dərəceye əvvəlidim ki, onu ehya edirdim.
Sonralar anam gəldi, yenə təzədən türkləşdik. Azərbaycanca gəldi ki, elə türkcəni də qatdım farscaya, türkcə də şeir dedim. və ella , mənim heç türki şeirim təqribən heç yox idi, çox az idi. İndi elə türkülərimin özü bir divan olar.
Heyif olsun ki, sizin yaşınız azdır. O qədim türkü aradan gedib. Bilirsiniz, bizim türkülərdən nə qissələr var idi? Heyif olsun!
Mən anamı hey deyirdim:
“Yazaram, himmətim olmur…”
O qədər qisseyi-mənzum var idi ki, belə dünya-dünya ləzzət adam aparardı. Özləri ilə apardılar. Bizdə də o şüur olmadı. Yəni dilimizi əvvəldən qoymadilar təşviq etmədilər.
Heydərbabaya salam
I
Heydərbaba, yolum səndən kəc oldu,
Ömrüm keçdi, gələmmədim, gec oldu.
Heç bilmədim gözəllərin necə oldu.
Bilməz idim döngələr var, dönüm var,
İtkinlik var, ayrılıq var, ölüm var.
II
Heydərbaba, igid əməyi itirməz,
Ömür keçər, əfsus bərə bitirməz.
Namərd olan ömrü başa yetirməz.
Biz də, vallah, unutmarıq sizləri,
Görəmməsək, halal edin bizləri.
III
Heydərbaba, şeytan bizi azdırıb,
Məhəbbəti ürəklərdən qazdırıb.
Qara günün sərnöviştin yazdırıb.
Salıb xalqı bir-birinin canına,
Barışığı bələşdirib qanına.
IV
Göz yaşına baxan olsa, qan axmaz,
İnsan olan xəncər belinə taxmaz.
Amma heyif, kor tutduğun buraxmaz.
Behiştimiz cəhənnəm olmaqdadır,
Zilhiccəmiz məhərrəm olmaqdadır.
V
Heydərbaba, kəndin günü batanda,
Uşaqların şamın yeyib yatanda,
Ay buluddan çıxıb qaş-göz atanda,
Bizdən də bir sən onlara qissə de,
Qissəmizdə çoxlu qəmü-qüssə de.
Əsər haqqında
“Heydərbaba” o qədər sadə, əsil və əcib türk dili xüsusiyyətlərini daşıyan bir şivə ilə yazılmışdı ki, tərcüməsi qeyri-mümkün oldu.
— Heç dilə tərcümə olar?
“Heydərbaba” hələ çap olunmamış dillərə düşdü. Farsdillilər onu oxuyub başa düşmək üçün türk dilini öyrənirdilər.
Ağayi Cəmalzadə yazmışdı ki:
“Fəqət ‘Heydərbaba’nı anlamağa türkcə oxuyuram, türkcə öyrənirəm ki, ‘Heydərbaba’nı bilim.”
[ cümləin bir hissəsi aydın eşidilmir.]
Yavaş-yavaş müəyyən cəbhələr özünü “Heydərbaba” axını ilə üzbəüz gördülər.
Birincisi, türk dilini qadağan edən şah hökuməti “Heydərbaba” ilə mübarizəyə başladı.
Azərbaycan milləti ölməz bir millətdir. Məgər qabağını almaqla olar? Gördün ki, əlli il qabağını aldılar, bir az da şişdi.
“Heydərbaba” kimi şeir verdi, Səhəndiyyə kimi şeir verdi. Bunların hamısı o əksüləməl idi ki, türklük, bizim azərbaycanlılıq və qövmiyyətimiz özünü göstərdi.
O birisilər hamısı mehv olub gedər, amma…Heydər…
Şərhlər bağlıdır.