Nəhayət ki “Anaj”dan düz söz

İran saytında gedən yazıdan parçalar əvvəllər dilə gətirilməyənləri sübut edir: “Qarabağ erməniləri bölgəni tərk edirlər”;

“Dağlıq Qarabağdan Rusiya və Ermənistana gedənlərin sayı artır”;

“Qeyd edilməlidir ki, bir çox müəllim, həkim, tibb bacıları və dövlət qurumlarının bir çox əməkdaşı bölgəni tərk edib”;

“Ermənistanın da gələcəyi yoxdur, oradan da köçürlər, rəsmi məlumata görə orada cəmi 2.6 mln. əhali var”…

Erməni millətçiləri və Rusiyanın ekspansionist xarici siyasəti Dağlıq Qarabağın işğal olunmuş ərazilərində ermənilərin varlığını israr etsələr də, bir araşdırma göstərir ki, Dağlıq Qarabağda ermənilərin gələcəyi yoxdur və bölgə yalnız Rusiyanın müdaxiləsi ilə Azərbaycanla ermənilər arasında dondurulmuş münaqişə bölgəsi olaraq qalacaq ki, ruslar vasitəçilik bəhanəsi ilə bölgədəki varlıqlarını davam etdirə bilsinlər.

Şərhlər bağlıdır.