MİRMEHDİ ETİMAD (NATİQİ)

DOĞMA AZƏRBAYCANA

Mirmehdi Etimad (Natiqi) dedikdə ilk növbədə göz önünə onun görkəmli bəstəkarımız Cahangir Cahangirovla birgə müəllifi olduğu Azərbaycan Milli Hökumətinin Dövlət Himni göz önünə gəlir. Onun bütün şeirlərinin mayası vətənpərvərlikdən, mübarizə ruhundan yoğrulub. “Doğma Azərbaycana” şeri də belə ölməz nümunələrdən biridir. 

Ey dağ-daşı gül, bağçası gül, torpağı mərcan,

Ey ay kimi ulduzlar içində üzü taban!

Ey xalqımızın şövkəti, sənsən bizə zinət,

Sənsən vətən övladına dünya boyu nemət.

Yurdum, yuvam, ellər gülü, doğma vətənimsən,

Dünya hamısı bir yana, sən də mənimsən.

Azadlığı çün sərv ağacı səndən alıbdır,

Dan ulduzu tək baş çəkib ərşə, ucalıbdır.

Səndən alır ilham o dağ – daşdakı tufan,

Bu qəlblərin coşğun olan pak qanı sənsən,

Tarix o özü keçmişini yaxşı yazıbdır,

Şanlı adını parlaq ürəklərdə qazıbdır.

Heç qüvvə cahanda ayırammaz səni məndən ,

Mümkünmü ayırmaq ola bir ruhu bədəndən.

Eşq olsun o aşiqlərə ki, bağladı peyman,

Öz canlarını eylədilər eşqivə qurban.

Oğlanlarının eşqi, məramı budur ancaq,

Daim yaşa ey izzətimiz, ey ana torpaq!

Şərhlər bağlıdır.