ŞAPALAQ ƏVƏZİ FİKİRLƏR

Hörmətli oxucular, sizlərə bu rubrikada təqdim etdiyimiz yazıları dolayısı replika da adlandırmaq olar. Ümumiləşdirib “Şapalaq əvəzi fikirlər” kimi mütaliənizə təqdim etməyi məntiqi saydıq. 

İRANLILARIN MÜSƏLMANLIĞI 

Krım müharibəsi zamanı (1853-1856) Osmanlı dövlətinə yardım etməyə hazır olan əfqanlar İran şahı Nəsrəddin şaha məktub yazıblar. Həmin məktub haqqında məlumatda deyilir: “Əfqanıstan məmləkətlərinin xalqı yekdilliklə İran şahının hüzuruna bir elçi gödərib bəyan etdi ki, bu gün İslam padşahı kafir tayfasına qarşı müharibə aparır və bütün müsəlmanlara ona yardım göstərmək vacibdir. Biz hamımız hazırıq. Sən də İSLAM DÜNYASINDANSANSA, qoşunlarını götür və bizimlə gəl ki, yardım qaydası və ənənəsinə əməl oluna, tez vaxtda bir cavab ver ki, biz də işimizi bilək”.

V.Mustafayev

***

ABŞ liderinin genosid bəyanatı ermənilər üçün “tula” payıdır

Qarabağda müharibə olanda, ABŞ harada idi? Heç xəbəri yox idi o 44 günü. öz işində, marağında idi! ABŞ-ın ermənilərə heç bir aidiyyəti yoxdur. ABŞ və Türkiyə arasında sadəcə alabəzək, dəyişkən münasibət var. Ermənilər Amerika üçün sadəcə tüfəngcikdir, hansı ki, 100 il anbarında saxlayıb ona lazım olanda “çexolundan” çıxarır. Dava “genosid” adı ilə yorğan davasıdır. Ermənistan üstündə, Rusiya və ABŞ arasında.”

Marqarita Simonyan,

“Rusiya TV” nin baş redaktoru

Şərhlər bağlıdır.