HƏRBÇİLƏR MALİDƏ DƏ PREZİDENTİ HƏBS ETDİLƏR

Asiyanın və Afrikanın bir sıra ölkələri var ki, diviziya komandiri olmaq prezident postunu tutmaqdan daha təhlükəsizdir. Misallar nə qədər desən.

Bir neçə gün əvvəl Mali prezidenti Ba Ndau, baş nazir Moktar Ovane, müdafiə naziri Süleymani Doukure və digər yüksək rütbəli rəsmilər hərbçilər tərəfindən həbs edilib.

Xarici və ölkə KİV-lərində yayılan məlumatlarda deyilir ki, girov kimi saxlanılan rəsmilər hərbi bazaya aparılıb. Belə ki, həlledici məqamda prezidentin xüsusi qvardiyası dövlət başçısının müdafiəsindən imtina edib. BMT-nin üsyançı hərbçilərə müraciətində rəsmilərin dərhal sərbəst buraxılmasını tələb olunur.

Qeyd edək ki, mayın 14-də keçid hökuməti istefa vermiş, prezident yeni hökumət formalaşdırmağı baş nazir Moktaru Uanuya həvalə etmişdi.

Nazim

Şərhlər bağlıdır.