BMT İRANI CƏZALANDIRDI – SƏSVERMƏ HÜQUQUNU İTİRDİ

İran və Mərkəzi Afrika Respublikası (MAR) təşkilata olan ödənməmiş borcları səbəbindən BMT Baş Assambleyasında (BA) səsvermə hüququndan məhrum edilib. MAR kimi kasıb bir dövlətin üzvlük haqlarını ödəyə bilməməsi anlaşılandır. İranın isə cəmi 16 milyona görə belə sanksiya ilə üzləşməsi qətiyyən məqbul sayıla bilməz.

Eurasia Diary bu barədə BMT-nin baş katibi Antoniu Quterreşin BMT Baş Assambleyanın sədri Volkan Bozkıra yazdığı məktuba istinadən xəbər yayımlayıb. İnformasiyada bildirilir ki, BMT-yə Nizamnaməsinin 19-cu maddəsinin şərtlərinə uyğun olaraq borclu qalan dövlətlərin sayı 5-dir. Həmin maddədə deyilir ki, dövlətin borclarının miqdarı əvvəlki iki il ərzində olan borcun məbləğinə bərabər və ya artıq olduqda, o, Baş Assambleyada səs verə bilməz.

Bu 5 dövlət aşağıdakılardır: MAR, İran, San-Tome və Prinsipi, Komor adaları və Somali. Buna baxmayaraq, Baş Assambleya son üç üzvün bu sessiyanın sonuna qədər səs vermə hüququnu saxlayıb.

Quterreşin məktubuna görə, səs hüququnu bərpa etmək üçün İranın təşkilat büdcəsinə 16 251 298 dollar, MAR isə 29 395 dollar borcludur.

Azerbaycan-ruznamesi.org 

Şərhlər bağlıdır.