İSVEÇDƏ ELMİ-PRAKTİK KONFRANS – VİDEO

MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYAR - 115

İyunun 5-də böyük Azərbaycan Türk şairi Məhəmmədhuseyn Şəhriyarın 115 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib. Tədbirdə alimlərimiz Şəhriyarın həyatı və yaradıcılığı barədə araşdırmalarını və fikirlərini təqdim ediblər. Konfransa qatılan Azərbaycanın görkəmli sənətçisi, respublikanın əməkdar artisti, “Qızıl qılınc” mükafatı laureatı, məharətli qiraətçi Ağalar Bayramov şairin şeirlərindən parçaları böyük şövqlə ifa edib və fikirlərini paylaşıb.

Bu tədbir Rahim bəy Sadıqbəylinin zəhməti nəticəsində video vasitəsilə youtube kanalında minlərlə həmvətənimizə nümayiş etdirilmişdir.

Konfransa İsveçdəki Umea Universitetinin  aparıcı elmi işçisi, dosent Səadət Kərimi moderatorluq etmişdir. Tədbir iştirakçıları yekdilliklə qənatə gəlmişlər ki, Ustad Şəhriyarın qiymətli irsini, kəlamlarını öyrənməli, dərk etməli və öyrətməliyik. Konfransın materiallarından təhsildə, məktəblərdə verdiyiniz dərslərdə və digər hallarda istifadə oluna bilər.

Tədbirdə səslənən məruzələr və mövzular:

Mohammed Rahmanifer. ”Ustad Şəhriyarın yaradıcılığı və düşüncələri”.

Dr. Böyük Mollayi. ”Şəhriyarın ”Heydər Baba” şeirin uğur səbəbləri”.

Dr. Pərvanə Məmmədli. ”İran ədəbiyyatının ”ikinci Hafizi”. Şəhriyar ədəbi eleştiride”.

Dr. Esmira Fuad. ”Şəhriyar yaradıcılığında quş mifopoetik obrazı”.

Dr. Tohid Məlikzadə. ”Şəhriyarın zamanında İran tarixi”.

Dr. Ənvər Uzun. ”Şəhriyarın əsərlərində folklor”.

Azerbaycan-ruznames.org

Şərhlər bağlıdır.