HƏFTƏBECƏR

Oxuculara təqdim olunan bu kiçik sitatları oxuyanda fikirləşirsən ki, özlərini çox ağıllı sayan bu adamlar bu fikirləri söyləyəndə nəyə əsaslanıblar. Yaxşısı budur həmin mətnlərə birgə baxıb sərbəst nəticələr çıxaraq.

 Pəhləvi dövrünün alimi:

Türk ordusu 15 sentyabr 1918-ci il tarixində Bakını işğal edib “Azərbaycan” adlı dövlət təsis etdi.

 Rəhbərdən şəriətin münasibəti soruşulur (estefta) 

Sual: Qadın səs vermək üçün evdən çıxmalıdır, bunun üçün ərindən icazə almalıdır. Əri icazə verməsə, qadın nə etməlidir?

Cavab: “Seçkidə iştirak ərin icazəsindən asılı deyil”.

Erməni politoloq: ermənilərin İrana tarixi xidmətləri 

Erməni politoloq: ermənilər İran üçün kifayət qədər sanballı xidmətlər göstəriblər. Onlar dünyada birinci olaraq İrana yeniliklər gətiriblər: bu, kino, teatr, mətbəə, opera, hətta İtaliyanın pizzasıdır. Bu baxımdan biz özümüzü İranın sahibləri saymalıyıq.

İlk iki sitatı saytımızın fəal müəlliflərindən olan Vidadi Mustafayev təqdim edib. Sonuncu sitat rus dilindən çevrilsə də elə bilirik ki, ona video şəklində baxıb kifayət qədər gülmək olar.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.