BABA PÜNHAN

BU BAHAR SEÇKİDİR

Bu bahar seçkidir, ey kəs, səs elə,
səslə məni,
Tələsib mənsəb üçün əs, səs elə,
səslə məni.

Kimi sahildə butulka, kimi boş banka
yığır,
Sən də düş qaplara yığ səs, səs elə,
səslə məni.

Demişəm dövlət üçün bəsdi ilantək
mələdin,
Dedi etməz mənə bu bəs, səs elə,
səslə məni.

Quzular qurdlara, vallah, səsi dinməz
verəcək,
Dinənin də yeri məhbəs, səs elə,
səslə məni

İşimiz tutsa qatıq, tutmasa ayran
içərik,
Niyə lazımdı düşək pəs, səs elə,
səslə məni.

Gələcək əsrimizə Sahib İmam Məhdi
gədir,
Hələlik işlərimiz nəhs, səs elə, səslə
məni.

Bu vəziyyət dəxi cinləndirəcəkdir
fələyi,
Dönəcək çərxi onun tərs, səs elə,
səslə məni.

Belədir bu, belə olmuş, belə daim
olacaq,
Bizə keçmişdir İliç dərs, səs elə,
səslə məni.

Başımın üstə Xuda, əldə Quran, dildə
Əli,
O hayes, mən də ki, «Türkəs», səs
elə, səslə məni.

Babanın bürcünü vallahi, bilənlər
bilirəm,
Baba ilə eləməz bəhs, səs elə, səslə
məni..

Şərhlər bağlıdır.