URMULULAR İSTƏKLƏRİNƏ ÇATDILAR

URMU BİZİMDİR, SALMAS BİZİMDİR...

Bu video iyunun 18-dən 19-a keçən gecə ictimai fəallar tərəfindən lentə alınaraq yayımlanıb. Urmulular prezident seçkilərində və yerli şuralara seçkilərdə hakimiyyətin təxribatlar törədəcəyindən, saxtalaşdırmalara yol verəcəyindən xəbərdar olduqlarından ayıq-sayıq davranıblar. Onları daha çox yerli şuralara seçkilərdə azərbaycanlıların qalib gəlmələri maraqlandırıb. Böyük fəallıq və mütəşəkkirlik sayəsində tam əksəriyyəti əldə ediblər. Elə Azərbaycan Demokrat Firqəsinin seçki öncəsi bəyanatında soydaşlarımızdan belə aktiflik istənilirdi.

Təbrik edirik, urmulular!

Hörmətli saytımızın izləyiciləri sizlərə təqdim olunan iki videonun birincisində onların təxribatların    qarşısını necə aldıqları, digərində isə şərtçinin qələbəni böyük sevinclə çatdırdığı ifadəsini tapıb. Sizləri həmin videolarla tanışlığa dəvət edirik.

Şərhlər bağlıdır.