URMUDA QƏZADA ÜÇ JURNALİST ÖLDÜ

ƏYLƏC İŞLƏMƏYİB YOXSA...

Urmu gölünün bərpası qərargahının dəvəti ilə Qərbi Azərbaycana səfər edən jurnalistlərin avtobusu dərəyə yuvarlanıb. Ətraf mühit problemləri üzərində çalışan 2 jurnalist ölüb, 21 nəfər yaralanıb. Qəzanı araşdıranlar avtobusun əyləcinin işləmədiyini iddia edirlər. Lakin başqa versiyalar da dolaşır. Beləki, səfərin hec də hakim dairələrin maraqları ilə kəsişmədiyi bildirilir.
Videoda hadisədə xəsarət alan jurnalist İranın vitse-prezidentinə deyir:
“Qərargahlar bu qədər pul xərcləyir. Normal bir avtobusla səfər etmək bu ölkənin jurnalistlərinin haqqı deyildimi? Bizi yararsız bir avtobusla göndəriblər. Bizi öldürmək istəyirdilərsə bunu açıq desinlər?”
Müsafir

Şərhlər bağlıdır.