İRANLI ATLETLƏR 4 QIZIL MEDAL QAZANIBLAR

Azerbaycan-ruznamesi.org-un məlumatına əsasən, səkkiz ölkənin idmançılarının iştirakı ilə Qazaxıstanın Almatı şəhərində keçirilən Kazanov kuboku uğrunda 30-cu yüngül atletika yarışlarının sonuncu günündə Həmidreza Kiya üçqat tullanma növündə yarışların birinci yeri tutaraq və qızıl medal qazanıb.

Digər iranlı idmançı Məhdi Pircəhan da 400 metr məsafəyə qaçışda qızıl medal alıb.

İran idmançıları 400 metr məsafəyə qaçış və çəkic tullama növlərində iki qızıl medala yiyələniblər.

İranın yüngül atletika komandası Tokio Olimpiya oyunlarına vəsiqə pay əldə etmək üçün bu ay Özbəkistanın Daşkənd şəhərində rəqabət aparacaqlar.

Nazim

Şərhlər bağlıdır.