İRANDA YENİ QADAĞALAR

266 ŞƏHƏRƏ GİRİŞ-ÇIXIŞ BAĞLANDI

“Təəssüf ki, ölkə daxilində koronavirus pandemiyasının yenidən canlanması ilə qarşılaşırıq. “Delta” ştammı bütün ölkəyə yayılıb, beşinci dalğaya doğru gedirik. Xüsusilə, ölkənin cənubunda geniş yayılan bu mutant virusun daha böyük əraziyə keçməsinin qarşısını almalıyıq”. Bu məlumat İranın hazırda fəaliyyətdə olan prezidenti Həsən Ruhaninin Koronavirusla Mübarizə Şurasının iclasında səslənib.

Azerbaycan-ruznamesi.org İranın kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, Ruhani çıxışı zamanı bildirib ki, virus iyunun 18-də keçirilən prezident seçkiləri zamanı daha çox yayılıb: “Yoluxmalar artdığı üçün qadağalar yenidən qüvvəyə minməlidir. Ölkədəki qırmızı, narıncı və sarı səviyyələr üçün qoyulan məhdudiyyətlər tətbiq olunacaq”.

Ruhani qeyd edib ki, bu çərçivədə ölkə daxilində qırmızı və narıncı səviyyədə olan 266 şəhərə bütün giriş və çıxışlar qadağan edilib: “Paytaxt Tehran qırmızı kateqoriyadadır, bu da ölkənin koronavirus riski reytinqində ən yüksək səviyyədədir”.

Məlumat üçün bildirək ki, İranda koronavirusa son 24 saat ərzində 8 min 341 nəfər yoluxub, 111 nəfər dünyasını dəyişib.

 

Şərhlər bağlıdır.