İran İslam Respublikasının rəhbəri Ayətulla Xamenei əvvəlki böhran və çətinliklərdə olduğu kimi, Xuzistandakı hadisələrə görə də məsuliyyəti öz üzərinə götürmədi. Eyni zamanda “düşməni” də unutmadı və “düşmənin əlinə bəhanə verməyin” dedi. O, cümə günü, 23 iyul 2021-ci il tarixində ikinci Covid peyvəndini aldıqdan sonra, nəhayət, Xuzistanda bir həftədən çox davam edən xalq etirazları barədə fikrini “son günlərdə həqiqətən ağrılı narahatlıqlardan biri Xuzistanda su qıtlığı və onunla bağlı xalqın problemləri oldu” deyə bildirdi və həmin vilayətin xalqına rəğbətini bəyan etdi.
“Xuzistanda su və kanalizasiya ilə bağlı verilən tövsiyələrə əməl olunsaydı, şübhəsiz ki, indi bu problemlərlə qarşılaşmazdıq. İndi dövlət və qeyri-hökumət təşkilatlarının hamısı işləyir. Bu məsələlər ciddi şəkildə araşdırılır. Hökumət bundan sonra da həmin məsələyə ciddi yanaşacaq” deyə Xamenei bəyanatında bildirmişdir.
Bununla belə o, İran İslam Respublikasının müxtəlif rəsmiləri tərəfindən dəfələrlə təkrarlanan bu “tövsiyələrin” niyə hələ də yerinə yetirilmədiyini və bu dağıdıcı səhlənkarlıq və hərəkətsizliklərdən kimin məsuliyyət daşıdığını izah etməyib.
Xuzistanın ərəblər yaşayan məntəqələrində su çatışmazlığı, yoxsulluq və sistematik ayrı-seçkiliyə qarşı etirazlar 15 İyul axşamı başlamış və daha sonra ən azı 22 şəhəri əhatə etmişdir.
Fədai övladı
Şərhlər bağlıdır.