ABŞ-DA SÜRƏTLİ DEPORTASİYAYA START

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi gələn həftədən başlayaraq ölkədəki immiqrant ailələrinin sürətlə deportasiya edilməsi prosedurunun bərpa ediləcəyini açıqlayıb.

Azerbaycan-ruznamesi.org TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat Birləşmiş Ştatların sözügedən dövlət qurumunun hesabatında yer alıb.

Nazirlik bildirib ki, sürətli deportasiya ABŞ-da qalması üçün heç bir qanuni əsası olmayan ailələrin qovulması üçün hüquqi prosedurdur. Qurum eyni zamanda ölkəyə qanunsuz giriş cəhdlərinə qarşı da sərt mexanizmlərin tətbiq olunacağını diqqətə çatdırıb. “Bu hərəkətlər təhlükəlidir və buna cəhd edənlər üçün uzunmüddətli immiqrasiya nəticələri ola bilər”, – deyə hesabatda vurğulanıb

 

Şərhlər bağlıdır.