İBRAHİM RƏİSİ İLƏ EYNİ VAXTDA

27 iyul 2021-ci il tarixində İran İslam Respublikasının Mülki Aviasiya İdarəsi Tehrandakı bütün hava limanlarının İbrahim Rəisinin andiçmə mərasimi ilə eyni vaxtda (2 saat yarım müddətinə) bağlanacağını açıqladı.

Təşkilatın sözçüsü Məhəmməd Həsən Zibəxş bildirmişdir: “Avqust ayının 5-də andiçmə mərasimi səbəbiylə və təhlükəsizlik tələblərinə uyğun olaraq “Mehrabad”, “İmam Xomeyni”, “Peyam”, “Azadi” və “Qəzvin” hava limanları da daxil olmaqla Tehranın bütün hava limanları yerli vaxtla 16: 30-dan 19-dək bağlı elan olunur. Bütün aviaşirkətlərdən hava limanının bağlanma cədvəlinə uyğun olaraq lazımi tədbirlər görmələri tələb olunur.

Mülki Aviasiya İdarəsi İbrahim Rəisinin inauqurasiyasını “fövqəladə vəziyyət” hesab edir. Belə ki, İran hökuməti Qasım Süleymaninin qətlinə cavab olaraq İraqın “Ain al-Asad” bazasına raket hücumu zamanı hava limanlarını bağlamaqdan imtina etmişdi və bu hərəkət zamanı İnqilab Keşikçiləri tərəfindən icra edilən raket zərbələri Ukrayna Hava Yollarının 752 saylı reyslə uçan sərnişin təyyarəsinin vurulmasına və təyyarədəki 176 nəfərin hamısının öldümünə səbəb olmuşdu”.

Xəbərçi

 

Şərhlər bağlıdır.