DANİMARKADAKI AZƏRBAYCAN DİASPORU TÜRKİYƏYƏ YARDIM KAMPANİYASINA BAŞLADI

Bu günlər Türkiyədə törədilən meşə yanğınları hər bir azərbaycanlını ciddi naahat edib və kimliyindən asılı olmayaraq hər kəs qardaş ölkənin ekoloji terrora qarşı apardığı mübarizədə onun yanında olmaq istəyir.

Newscenter.az xəbər verir ki, Türkiyəyə meşə yanğınlarına qarşı mübarizədə dəstək olmaq məqsədilə xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları da yardım kampaniyasına başlayıb. Belə təşəbbüslərdən biri Danimarkada fəaliyyət göstərən Vətən Cəmiyyəti tərəfindən irəli sürülüb. Cəmiyyətin sədri Səfər Sadiqi bununla bağlı facebook profilində məlumat verib:

“Türkiyədə baş verən yanğınların nəticəsində, Turkiyə iqtisadiyatına, təbiətinə böyük ziyan dəyib. 44 günlük Vətən müharibəsində hər zaman yanımızda olan, bizə hər bir dəstəyi verən qardaşlarımıza yardım etmək növbəsi indi bizdədir. Danimarka Vətən Cəmiyyəti, Türkiyə acınız, acımızdı yardım kampaniyasına başladı”.

NEWSCENTER.AZ

Şərhlər bağlıdır.