Ə.SİSTANİ VƏ İRAN ŞİƏLİYİ

İranın keçmiş prezidenti Ə.Haşimi Rəfsəncəaninin qızı Ayətullah Sistaninin vaxtı ilə atasına dediyi sözü nəql edib: “Şiəlik heç vaxt dünyada indiki rüsvayçı duruma düşməmişdi. Bu oyunu siz iranlılar şiənin başına gətirdiniz”.

Hazırda şiə təriqətinin ən yüksək rütbəli ayətullahı olan Əli Sistani bu təriqətin ənənəvi qolunu təmsil edir.

İranın 1979-cu il inqilabına qədər şiəlikdə hakim cərəyan olan bu qanad hakimiyyəti İmam Zamanın haqqı bildiyi üçün, onun qaib olduğu dövrdə dini hakimiyyətin qurulmasını legitim saymır.

  1. Xomeyninin hakimiyyəti ələ alması ilə məşhurlaşan ikinci cərəyanda isə hakimiyyət başında olan vəliyye -fəqih (fiqh alimi olan lider) İmam Zamanı, dolayısı ilə tanrını təmsil edir. Verdiyi qərarlar tanrının hökmüdür.

Şiə mollalarının hakimiyyəti ələ almaları ilə din-məsləhət təzadı ciddi şəkildə özünü göstərməyə başladı. Hakimiyyətin məsləhətinə uyğun olaraq yeni fitvalar verildi. Daha əvvəl haram sayılanlar halal oldu. R.Xomeyninin fitvasına əsasən “vəliyye-fəqih” dövlətin bəqasi naminə zəruri hallarda dini qaydaların tətbiqini, hətta ibadətləri belə dayandıra bilər.”

İrandakı dini “alimlərin” “ölüm olsun Amerikaya şüarının savabı səhər namazından daha çoxdur” və s. kimi qeyri-adi açıqlamalarının  kökündə bu düşüncə dayanır.

Umid Niayesh

Şərhlər bağlıdır.