İRƏVAN BAKININ TƏLƏBİNİ QƏBUL ETDİ

GORUS-QAFAN YOLU AÇILDI 

“Azərbaycan Ermənistandan iki kənd də daxil olmaqla, Gorus-Qafan yolunun 21 kilometrini Azərbaycan ərazisi kimi tanıdığını rəsmən bəyan etməsini tələb edib”.

Yerli KİV-ə istinadən Azerbaycan-ruznamesi.org bildirir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

O, baş nazir Nikol Paşinyan tərəfindən bu tələbin qəbul edildiyini bildirib: “Tələb yerinə yetirilib. Baş nazir hökumətin iclasında bildirdi ki, 21 kilometr Azərbaycan ərazisidir. Eyni zamanda o, iki kəndin Azərbaycan adlarını çəkib”.

Qeyd edək ki, Paşinyan çıxışında Azərbaycanın işğaldan azad olunmuş Qubadlı rayonunun Eyvazlı və Çayzəmi kəndlərinin adlarını Azərbaycan toponimləri ilə adlandırıb.

“Sputnik Armeniya” saytı isə Ermənistanın Sünik (Zəngəzur) bölgəsinin qubernator müavini Narek Babayana istinadla məlumat verib ki,  avqustun 25-dən etibarən Azərbaycan hərbçilərinin blokladıqları Gorus- Qafan yolu bu gün açılıb.

Həmin mənbə də bildirib ki, Azərbaycan tərəfi yolu açmaq üçün şərt irəli sürüb və bu şərt qarşı tərəfdən qəbul olunub. Belə ki, bundan sonra Azərbaycan hərbçiləri yolun üzərində bir neçə post qoyacaqlar.

Nazim

Şərhlər bağlıdır.