SOS: TƏBRİZLİLƏRİN HƏYATI TƏHLÜKƏDƏ  

“Kolorpars” zavodunun çirkli tullantıları Təbriz şəhərinin içməli su qaynaqlarına təhlükə yaradıb. Bu barədə bütün şəhər açıq-aşkar danışır və təhlükəni aradan qaldırmağın yolları üzərində geniş fikir mübadilələri aparır.

Şəhərin içməli suyunun təmizlənməsində iştirak etməli olan zavodun rəhbərliyi çoxsaylı müraciətlərə baxmayaraq, məsələnin həlli ilə bağlı heç bir addım atmaq niyyətində deyil.

Azərbaycan Güneyinin Şərq əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsi isə zavod rəhbərliyinə xəbərdarlıq məktubu göndərməklə kifayətlənib və problemin aradan qaldırılması ilə bağlı hər hansı qanuni addım atmayıb.

Məsələnin maraqlı tərəfi burasıdır ki, zavod rəhbərliyi istehsal etdikləri kimyəvi məhsulların tullantılarının suya qatılan zaman dezinfeksiya olunduğunu iddia edib.

Yerli ətraf mühit fəallarının məsələ ilə bağlı hazırladıqları süjetdə isə zavod rəhbərliyinin mövqeyi təkzib olunur.

“Məsulların ləyaqətsizliyi və yarıtmazlığı üzündən Təbriz camaatının həyatı təhlükədədir. Bunun qarşısını almaq üçün əhali ayağa qalxıb etiraz etməlidir, yoxsa sonra gec olacaq”, – deyə bildirilir.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.