XIII-XIV əsrin ilahiyyatçı alimi, Nəsirəddin Tusi məktəbinin görkəmli nümayəndəsi Cəmaləddin Həsən ibn Yusif ibn Mütəhhər Əllamə Hillinin ərəb dilində “İrşad əl-Əzban ila əhkam əl-iman” əsərinin XIX əsrin əvvəllərinə aid əlyazma nüsxəsi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna hədiyyə olunub. Dəri cildli əlyazma hicri 1220-ci (miladi 1805-ci) ildə Məhəmməd Sadiq bin Məhəmməd Həsən tərəfindən nəsx xətti ilə köçürülüb.
Kitabın əlyazma nüsxəsi Əlyazmaların gigiyena və bərpası laboratoriyasında müvafiq bərpadan keçdikdən sonra oxucuların istifadəsinə veriləcək.
Əlyazmalar İnstitutun rəhbərliyi ailə kitabxanasına məxsus bu dəyərli əlyazmanı İnstituta hədiyyə etdiyinə görə Təhmasib İbrahimova öz sonsuz təşəkkürünü bildirir.
Nazim
Şərhlər bağlıdır.