HƏMƏDANDA DAĞILAN TARİXİ ABİDƏLƏR

İranda tarixi abidələrin qorunmasına münasibət çox pisdir. bunu Həmədanın da timsalında görmək olar. Nəhavənd mahalının Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatının başçısı Möhsün Cancan bu barədə belə deyir: “Mən diqqəti qədim abidələrdən olan “Bazar hamamı”nın mövcud vəziyyətinə yönəltmək istəyirəm. Hamama mülkiyyət hüququ daşıyan ststus verilib. Yenidən qurulması üçün əməkdaşlığa hazırıq. Qarşı tərəfdən məsələnin həlli ilə bağlı hər hansı əməli addım atılmayıb”.

Möhsün Cancan əlavə edib ki, tarixi abidələr və əsərlər bölgəmizin milli kimliyinin göstəricilərindən sayılır. Qacarlar dövrünə aid olan abidə 2005-ci ildə ölkənin tarixi əsərlər siyahısına salınıb. Ancaq təəssüflə abidə bu gün dağılmaq üzrədir. O, özəl sektorun qeyd olunan hamamın yenidənqurulması və qorunmasında sərmayə yatırmağa marağı olduğunu deyərək, bununla bağlı “Vəqflər İdarəsi”nin onların müraciət və məktublarına cavab verdmədiyini qeyd edib.

Arxeoloq

 

 

 

Şərhlər bağlıdır.