ZƏNCANLININ MİNLƏRLƏ EVİ YARARSIZ HALDADIR

Zəncanda  minlərlə ev istifadəyə yararsız haldadır. Çoxu kiçik zəlzələyə bənddir ki, ömrünü sona versin. Məlumatı əyalətinin Yol və Şəhərsalma Baş İdarəsinin sədr müavini Rəhim Təvəssüliyan verib. O, mətbuat nümayəndələrinə verdiyi açıqlamada bildirib ki, Zəncan, Xudabəndə, Xurrəmdərə və Əbhərdə on minlərlə insan yararsız evlərdə yaşayır.

R.Təvəssüliyan qeyd edib ki, Zəncan əyalətində ən azı 1200 hektar ərazidə yerləşən evlər istifadəyə yararsızdır. Yaşayış məntəqələrinin 511 hektarının Zəncan şəhərinin payına düşdüyünü və bunun şəhərin ümumi sahəsinin 8.3 faizini təşkil etdiyini deyib.

O, Zəncan şəhərinin ən azı 16 faizinin, ortalama 70 min nəfərin istifadəyə yararsız yaşayış yerlərində məskunlaşdıqlarını bildirib.

Sədr müavininin son hesablamalara görə adı çəkilən 4 şəhərdə ümumilikdə 98 min 390 nəfərin yaşayışa yararsız evlərdə yaşadıqlarını bildirib.

Nazim

Şərhlər bağlıdır.