ƏYALƏTLƏRDƏ KÜÇƏ ADLARI TÜRKLƏŞİR

İranın bir sıra əyalətləində küçələrə türk adlarının verilməsi sürətlənib. Belə ki, Çahar-Mahalda və Bəxtiyari qədim türk adlarının bərpasına başlayıb.

Əyalətin Saman və Çonqan mahallarında, əyalət mərkəzi “Şıhri kürd”də yaşayan türklər türkcə yer, küçə və bölgə adlarının yenidən dirçəldilməsi üçün səylərini artırıblar.

“Qızılgül”, “Axarbaşı”, “Ay”, “Gözəl” və digər türkcə adlar sözügedən şəhər və kəndlərin küçələrinə verilib.

Ciddi-cəhdlərdən sonra Çahar-Mahal və Bəxtiyari türkləri əyalət mərkəzi, onun ətraf kəndləri və Saman, Çonqan şəhərlərində bir neçə küçə adının bərpasına nail olublar.

Azerbaycan-ruznamesi.org

 

 

 

 

Şərhlər bağlıdır.