TƏBRİZDƏ ETİRAZ – ƏHALİ İLƏ POLİS QÜVVƏLƏRİ TOQQUŞDU

Təbriz şəhərinin Kərkəc bölgəsində etiraz aksiyası keçirilib. Narazı əhali Təbriz-Tehran yolunu bağlayıb.

Bölgəyə çox sayda silahlı və polis qüvvəsi yeridilib.

Əhali ilə polis və silahlı məmurlar arasında toqquşma baş verib.

Etirazçılar əhalinin sıx yaşadığı bölgədə normal infrastruktur və yerüstü piyada keçidinin olmadığını, bu üzdən ölümlə nəticələnən nəqliyyat qəzalarının baş verdiyini bildirib.

Narazılar bildirib ki, rəsmi qurumlar problemin həll edilməsi ilə bağlı tələbləri qulaqardına vurur.

Təbriz-Tehran yolu bağlandığı üçün kilometrlərlə uzunluğunda avtomobil tıxacı yaranıb.

Etirazçı əhalini dağıtmağa çalışan məmurlarla təbrizlilər arasında qarşıdurma olduğu qeyd olunub.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.