URMUDA MAYE QAZ QITLIĞINDAN YARANAN NÖVBƏLƏR

VƏZİYYƏTDƏN MÖHTƏKİRLƏR İSTİFADƏ EDİR

Qış yaxınlaşdıqca Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində maye qaz qıtlığı yaşanır. Uzun növbələr yaranıb.

Saatlarla maye qaz məntəqələrinin qarşısında uzun növbələrdə dayanan urmulular qiymətlərin kəskin artmasına da etiraz edibblər.

Şəhərin narazı qalan əhalisi bir çox evlər qazlaşdırılmadığından və əhalinin tələbatı lazımınca ödənilmədiyindən belə növbələrdə dayanmağa məcburdurlar.

Əhali benzinin qiyməti yüksək olduğuna görə avtomobillərinə maye qazdan istifadə edir. Məsələyə hökümət müdaxilə etmədiyindən ciddi narazılıqlar yaranır.

Onlar narazıdırlar ki, dövlət qurumları yaranmış vəziyyətdən sui-istifadə edir, möhtəkirlər bahalaşmaya səbəb olublar.

Urmunun Neft Məhsullarının Tədarükü Şirkətinin başçısı Əhməd Mücərrəd vətəndaşların ittihamlarına, uzun növbələrin yaranmasına münasibət bildirərkən bunları deyib.

Azərbaycan Güneyinin Qərb əyalətinin Sənaye, Mədən və Ticarət Təşkilatının başçısı Qulamrza Babayi məsələ ilə bağlı “Gənc Jurnalistlər Klubu”nun orqanı olan “Cavan” saytına verdiyi açıqlamada da bir sıra möhtəkilərin qiymətlərin bahalaşmasında maraqlı olduğunu vurğulayan Qulamrza Babayi deyib ki, maye qaz kapsullarının tədarükünə nəzarət edilir. Hökümət rəhbərlik etdiyi qurum problemin aradan qaldırılmasına çalışır.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.