“Bu sətirləri xəbərlərdə həmin çox “mənfi ssenari”ni izlədiyim bir vaxtda yazıram: 2021-ci il noyabrın 26-na keçən gecə İranın təhlükəsizlik qüvvələri qurumuş “həyat çayı”nın (İsfahandakı Zayənderud çayı nəzərdə tutulur – S.B.) mənsəbindəki çadır düşərgələrini yandırmağa başladılar və noyabrın 26-da günortadan sonra İsfahan küçələrində atışma başladı …
Etirazçıların cəsədləri, şübhəsiz ki, Vyana danışıqlarının “masasında uzadılacaq” (29 noyabr 2021-ci il tarixində İran nüvə sazişi üzrə Vyanada danışıqları bərpa etməyə hazırlaşır) və bu səhv iqtisadiyyatın iflası ilə birləşərək cənab Rəisiyə – hakim və prokurora, şiə din xadiminə çox baha başa gələ bilər.
İsfahanda başlanan bu etirazlar İran İslam Respublikası tarixində ilk dəfə olaraq, ölkədə nüfuz dairələrinin yenidən bölüşdürülməsi işində gurultu ilə çaxan real bir ildırıma bənzəyir və bu etirazlar Vyanadakı nüvə danışıqları uzandıqca, eyni zamanda klerikal rejimi məhv etməyə yönəlmiş əvvəlki Tramp sanksiyalarının təsiri davam etdikcə daha da güclənəcəkdir.
Bu vəziyyətdə prezident Rəisinin özü üçün edə biləcəyi ən pis şey güc qanadının təxribatlarına boyun əyməklə etirazların qanlı şəkildə yatırılmasına başlamaq ola bilər. İranlılar özləri ən azı iki tarixi metaforanı İsfahan etirazlarının yatırılması ilə əlaqələndirirlər: 1) İslam repressiv qüvvələri etirazçıların çadırlarını yandırır – bu isə “düşmənə qarşı” terror üçün nəzərdə tutulmuş və 7-ci əsrdə ərəb işğalçılarının İrana tətbiq etdiyi “ihrak” taktikasını təkrarıdır; 2) şiə peyğəmbəri İmam Hüseynin Kərbəlada mühasirəyə alınması, öncə içməli su ilə təminatının qarşışının alınması, sonra isə öldürülməsi.
İsfahandakı etirazların, eləcə də ona qoşulan Lorestan və Bəxtiyari əyalətinin arxasında hansı gücün dayandığını anlamaq üçün Rəisinin qələbəsindən sonra İsfahan vilayətinə kimin rəhbərlik etdiyinə nəzər salaq.
Tanış olun: Seyid Rza Mortəzəvi, İsfahan Universitetinin keçmiş müəllimi, eyniadlı vilayətin sənaye rayonları üzrə keçmiş direktor müavini, İranın ən böyük polad istehsalçılarından biri olan “Kaveh Steel”in idarə heyətinin üzvü, “Ostan-e Quds-e Rəzəvi” fondunun regiondakı nümayəndəsi və SEPAH-ın İsfahandakı “Tərəqqi və inkişaf” adlı sənaye-iqtisadi bölməsinin keçmiş komandiri.
Bir sözlə, İsfahan qubernatoru Rza Mortazavi SEPAH-ın “ağır top mərmisi”nin nümayəndəsidir.
Lurların ölkədəki ən məşhur nümayəndələrindən biri (xatırladım ki, Luristan da etirazlara qoşuldu) SEPAH-ın keçmiş komandiri general Möhsün Rezaidir. SEPAH-ın ruhanilərlə hökümətdəki portfellər uğrunda sövdələşmələr nəticəsində o, iqtisadi məsələlər üzrə vitse-prezident vəzifəsini əldə etdi.
Xatırladım ki, İranda keçirilən prezident seçkilərindən sonrakı ilk günlərdə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Rəisinin qələbəsi ilə bağlı mübahisələr yaratmağa çalışdı və bir sıra mühüm əyalətlərdə heç də Rəisinin deyil, general Möhsün Rezainin liderlik etdiyi barədə məlumatlar yaydı.
Rəisinin qələbəsi ilə razılaşmayan və 2021-ci il iyunun 18-də (Xamneyi ilə sövdələşmədən əvvəl) ona etiraz etməyə çalışan vilayətlər sırasına Xuzistan (2021-ci ilin yayında su etirazları), İsfahan, Lüristan, Çaharmahal və Bəxtiyari (2021-ci ilin noyabrında quruyan “Həyat çayı”nın etirazları) daxildir”.
https://russian.rt.com/…/932473-yuzik-iran-isfahan-reka-vod…
Şərhlər bağlıdır.