Ərdəbildə güney azərbaycanlı fəal Möhsün Əqdəmin atası İsmayıl Əqdəmin evində hüquq mühafizəçiləri tərəfindən axtarış aparılıb.
Azerbaycan-ruznamesi.org xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Məlumata görə, təhlükəsizlik qüvvələri İsmayıl Əqdəmin ailəsini oğlunu tutmaqla hədələyib və evdə axtarış aparıblar, ancaq Möhsün Əqdəmi tapa bilməyib.
Qeyd edək ki, əslən Ərdəbildən olan Möhsün Əqdəm hazırda Tehranda yaşayır. Bundan öncə də o, dəfələrlə təhlükəsizlik idarəsinə çağırılaraq saxlanılıb və dindirilib.
Sonuncu dəfə isə Azərbaycanla Ermənistan arasında 44 günlük müharibə zamanı Qarabağın azad olunmasını dəstəklədiyinə görə İran təhlükəsizlik qüvvələri onu saxlamışdılar.
İranın əmniyət gücləri Qarabağın azad olunmasını dəstəkləyən güneyli fəalın atası evində axtarış apardı.
İranın əmniyət qüvvələri ötən gün, dekabrın 5-i axşam saatlarında Ərdəbil sakini azərbaycanlı mədəni fəal Möhsün İsməili Əqdəmin atası evində axtarış keçirib.
Şərhlər bağlıdır.