AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN 21 AZƏR HƏRƏKATININ 76-CI İLDÖNÜMÜNƏ AİD TƏDBİRLƏR PLANI

Hörmətli   dostlar   bildiyiniz   kimi  ənənəvi olaraq uzun illərdir Azərbaycan   Milli Hökumətinin ildönümləri münasibəti ilə silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlər ADF-nin məsulları tərəfindən 12-17 dekabr tarixlərində düzənlənir. Azərbaycan Demokrat Firqəsinin məsulları tərəfindən müxtəlif ölkələrdə 21 Azər həftəsi adı altında baş tutan görüşlərdə minlərlə firqə üzvü və tərəfdarı iştirak edir. Son iki il pandemiyanın yaratdığı məhdudiyyətlər səbəbindən yenə də canlı görüşlər, konfranslar, seminarların keçirilməsi nisbətən məhdudlaşdırılıb. Amma biz ənənəyə sadiq qalaraq, məcazi dünyanın imkanından bəhrələnərək, həmin həftənin yenə yüksək səviyyədə keçirilməsini qərara almışıq. Həftə ərzində Azərbaycan Demokrat Firqəsinin CLUBHOUSE otağı vasitəsiilə aşağıdakı tədbirlərin həyata keçirilməsini nəzərdə tutmuşuq:

1)  10 dekabr 2021-ci il. ABŞ-ın   paytaxtı   Waşinqton DC-də  Departamentin qarşısında “Güney azərbaycanlılara qarşı Pəhləvi rejiminin insani və  mədəni genosidinin 75 illiyi” münasibətilə, Azərbaycan Demokrat Firqəsinin ABŞ komitəsi tərəfindən etiraz aksiyası keçirilməsi nəzədə tutulub.

2) 11 dekabr Bakı vaxtı ilə saat 22:00-da Teleqram vasitəsilə “21 Azər Hərəkatı” adlı konfransın keçirilməsi planlaşdırılıb.

3) 12 dekabr Bakı vaxtı ilə saat 20:00-da Azərbaycan Demokrat Firqəsinin  ClUBHOUSE konfrans otağında Azərbaycan Demokrat Firqəsinin sədri   Rəhim Hüseynzadə və digər mənsubların iştirakı ilə “Azərbaycan Milli Hökumətinə gətirib çıxaran siyasi, iqtisadi, mədəni  zəmin və şərait”   barədə tədbir.

4) 13 dekabrda  Azərbaycan  Demokrat  Firqəsinin   ClUBHOUSE  konfrans otağında Bakı vaxtı ilə saat 20:00-da Azərbaycan Demokrat Firqəsinin sədri Rəhim Hüseynzadə və digər mənsubların iştirakı ilə  “Azərbaycan   Demokrat   Firqəsinin dövlətçilik siyasəti ” barədə çıxışlar.

5) 14 dekabr Azərbaycan Demokrat Firqəsinin ClUBHOUSE konfrans otağında Bakı vaxtı ilə saat 20:00-da Azərbaycan Demokrat Firqəsinin sədri Rəhim Hüseynzadə və digər mənsubların iştirakı ilə “Rza şahın irqiçilik siyasətinə son qoyan Azərbaycan Milli Hökuməti” mövzusunda danışılacaq və digər Firqə üzvlərimizin ədəbi-bədii   çıxışları olacaq.

6) 15 dekabr Azərbaycan Demokrat Firqəsinin ClUBHOUSE konfrans otağında Bakı vaxtıilə 20:00-da Azərbaycan Demokrat Firqəsinin sədri Rəhim Hüseynzadə və digər mənsubların iştirakı ilə “Azərbaycan Milli Hökumətinin qurub yaratdığı Milli Eytim” barədə söhbətlər olacaq və digər firqə üzvlərimizin ədəbi-bədii çıxışları dinləniləcək.

7) 16 dekabr Azərbaycan Demokrat Firqəsinin ClUBHOUSE konfrans   otağında   Bakı   vaxtı   ilə   20:00-da   Azərbaycan Demokrat Firqəsinin sədri Rəhim Hüseynzadə və digər mənsubların iştirakı ilə “Azərbaycan Milli Hökumətinin aqrar və torpaq proqramı” barədə məruzə ediləcək.

8) 17 dekabr Azərbaycan Demokrat Firqəsinin ClUBHOUSE konfrans   otağında   Bakı vaxtı  ilə  20:00-da   Azərbaycan Demokrat Firqəsinin sədri Rəhim Hüseynzadə və digər mənsubların iştirakı ilə “Azərbaycan Milli   Hökumətinin yaratdığı Milli Demokratik Ədəbiyyat və Azərbaycan mədəniyyətinə qarşı genosid” barədə çıxış ediləcək.

Azərbaycan Demokrat Firqəsi

Şərhlər bağlıdır.