BURKİNO-FASODA HƏRBİ ÇEVRİLİŞ

HAKİMİYYƏTİ SAXLAMAQ ASAN OLMAYACAQ

Burkino-Fasoda hərbçilər ölkənin idarə olunmasını öz üzərlərinə götürüblər.

Xarici KİV-in yazdığına görə, hərbçilər demokratik keçid orqanı yaradıldığını bildiriblər. Eyni zamanda, qiyamçıların lideri ölkənin beynəlxalq öhdəliklərinə sadiq qaldığını bəyan edib.

Bununla belə, Burkino-Fasodan ziddiyyətli xəbərlər gəlir. “Reuters” agentliyi Burkino-Faso prezidenti Rok Mark Kristian Kaborenin hərbçilər tərəfindən həbs edildiyi barədə məlumat yayıb. LSİ Afrika portalı isə xəbər verib ki, prezident ailəsi Burkino-Fasonu tərk edib. Qiyamçılar prezidentin istefa verməsini tələb edirlər. Yerli leFaso informasiya portalının məlumatına görə, dövlət başçısı təhlükəsiz yerdədir. Hazırda ölkənin qanuni hakimiyyət orqanları ilə qiyamçılar arasında danışıqlar gedir.

Qeyd edək ki, yanvarın 23-də Burkina-Fasonun bir sıra hərbi bazalarında qiyam baş verdiyi, ölkənin paytaxtı Uaqaduquda qeyri-müəyyənlik hökm sürdüyü bildirilir.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.