MƏHŞƏHRDƏKI QIRĞIN

İNSANLARI QAMIŞLIĞA BASIB GÜLLƏLƏDİLƏR

“İnsanlar qamışlığa qaçdılar. Zabitlər qamışları güclü atəşə tutublar. Qamışlıqdan sağ-salamat çıxanı görmədik, sadəcə maşının arxasında meyidləri və yaralıları aparan zabitləri gördük”.

Şahid öldürülənlərin siyahısını təqdim etdi.

O, məhkəmədə onların adlarını çəkərək “bir çox ailələrin danışmaq istəmədiyini” deyib.

“Məhşəhrdə atışma səhər saat 9:40-da başlayıb və saat 16:00-a qədər davam edib”, – deyə təhlükəsizlik məqsədilə üzünü bağlayan şahid bildirib.

Daha sonra o, İran hökumətinin xüsusi təyinatlı qüvvələrinin avtomatik silahlardan atəş açdığı videonu nümayiş etdirib.

Hadisə barədə daha ətraflı məlumatı azerbaycan-ruznamesi.org-da dərc edəcəyik.

Şərhlər bağlıdır.