DƏHŞƏTLİ TƏYYARƏ QƏZASI – ÖLƏNLƏR VAR

Yerli media xəbər verir ki, Güney Azərbaycanın Təbriz şəhərində hərbi təyyarə qəzaya uğrayıb.

Bu barədə Mehr agentliyi məlumat yayıb. Təyyarənin İrana aid olub-olmadığı açıqlanmayıb. Yerli mənbələrin məlumatına görə, təyyarə Münəccim bulvarı üzərində yerləşən idman salonunun üzərinə düşüb. Rəsmi mənbələrin məlumatına görə, hadisə nəticəsində indiyə qədər 1 nəfərin həlak olduğu təsdiqələnib.Bəzi mənbələr isə ölənlərin və yaralıların olduğunu yazır. Hadisənin səbəbləri araşdırılır. Sosial medianın İran seqmentlərində paylaşılan videolar qəzaya aid olduğu bildirilir.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.