ƏHMƏD ŞAMLININ XATİRƏLƏRİNDƏN

İNQILABDAN BAŞQA BİR ÇARƏ YOXDUR

1979-cu il İran inqilabının qələbəsindən sonra fransalı məşhur yazıçı və filosof Pol Sarterlə tanışlıq və dostluğumuzun olduğuna görə keçmiş rejimin süqutundan sevinərək Sarterə məktub yazdım. Məktubun sonunda yazmışdım: “Cənab Sarter, bu inqilabın qələbəsi münasibətilə bizi təbrik etmədin!”

Böyük Sarterin mənə verdiyi cavab illər ötsə də hələ də beynimdə cingildəyir! Sarter yazdı: “Siz rəhbərləri din xadimi və nəticəsi ruhanilərin dini hakimiyyəti olan qiyamı necə inqilab adlandırırsınız?!

Məgər inqilab irəliyə doğru bir dəyişiklik deyildirmi? Siz geriyə dönmüşsünüz… Sarter əlavə etdi: “Siz gələcəkdə çarəsiz qalaraq həqiqi inqilab etməyə məcbur olacaqsınız və o, Avropa intibahı kimi bir hadisə olacaqdır, yəni din hakimiyyətdən salınacaqdır. Təəssüf ki, dini hakimiyyəti taxtdan salmaq üçün də inqilabdan başqa bir çarə yoxdur…

Təqdim etdi: Səməd Bayramzadə,

AMEAnın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Şərhlər bağlıdır.