ƏRDƏBİL KÜÇƏLƏRİNDƏ PLAKATLAR ASILDI: “TÜRK DİLİ RƏSMİ OLSUN”

Milli fəallar Ərdəbil şəhərinin bir sıra küçələrində üzərinə “Türk dili rəsmi olsun!” yazılmış böyük plakatlar asıblar.

“Azad İran” “Telegram” agentliyinə istinad edən Azerbaycan-ruznamesi.org  xəbər verir ki, bu addım “İRİB-3” televiziyasında keçirilən Novruz bayramı şənliyi zamanı Azərbaycan rəqs və musiqisinin yarıda dayandırılması və senzura tətbiq edilməsinə etiraz əlaməti olaraq atılıb.

Xatırladaq ki, Novruz bayramı münasibəti ilə keçirilən canlı yayımda İranda yaşayan bütün etnik xalqların milli rəqs və musiqiləri tam şəkildə icra edilsə də, Azərbaycan rəqs və musiqisi yarıda kəsilib və senzura tətbiq edilib.

“İRİB-3” telekanalının bu addımı Güney Azərbaycanda etirazlarla qarşılanıb. Etiraz edənlər arasında ərdəbilli müğənni Ayhan və “Aylan” rəqs ansamblı da olub.

Şərhlər bağlıdır.